`Türkiyəyə qayıdacağıma and içirəm` - Gülən

`Türkiyəyə qayıdacağıma and içirəm` - Gülən
  12 Avqust 2016    Oxunub:3469
`Haqqımdakı ittihamların onda biri sübut olunsa, Türkiyəyə qayıdacağıma and içirəm`.

AzVision.az-ın məlumatına görə, bu barədə Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülən “Le Monde” qəzeti üçün yazdığı məqalədə bildirib.

FETÖ lideri dövlət çevrilişinə cəhdin beynəlxalq bir komitə tərəfindən araşdırılmasını istəyib.

Qeyd edək ki, ABŞ hökuməti FETÖ lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə əlaqədar müzakirələr aparmaq üçün 4 nəfərdən ibarət heyətin Türkiyəyə göndərilməsi barədə qərar verib. Nümayəndə heyəti avqustun 22-də Türkiyəyə gələcək. Nümayəndə heyətinə ABŞ Ədliyyə Nazirliyinin 3, ABŞ Dövlət Departamentinin 1 əməkdaşı daxildir.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti