İŞİD-in Əfqanıstan və Pakistandakı lideri öldürülüb

İŞİD-in Əfqanıstan və Pakistandakı lideri öldürülüb
  13 Avqust 2016    Oxunub:1531
İŞİD-in Əfqanıstan və Pakistandakı lideri Hafiz Səid öldürülüb.

AzVision.az-ın məlumatına görə, bu barədə Əfqanıstan xüsusi xidmət orqanları məlumat yayıb.

Məlumatda qeyd olunur ki, H.Səid ABŞ-ın 26 iyulda pilotuz təyyarələrlə həyata keçirdiyi əməliyyat zamanı öldürülüb.

ABŞ tərəfi isə yayılan məlumatları təsdiqləməyib.

İŞİD isə H.Səidin yaşadığını bəyan edib.

Qeyd edək ki, H.Səidin daha ölcə də öldüyü açıqlansa da, yayılan xəbərlər təsdiqini tapmayıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti