Sarkisyan üsyançıların rəhbərini öldürmək istəyir

Sarkisyan üsyançıların rəhbərini öldürmək istəyir
  13 Avqust 2016    Oxunub:2157
“Bu gün aldığımız məlumata görə, Pavlik Manukyanı əməliyyat edən həkimə güclü təzyiq olunub. MTX əməkdaşları həkimi məcbur ediblər ki, Manukyanın ayaqlarını kəssin, lakin həkim bunu etməkdən imtina edib, müqavimət göstərib. Dəhşətlidir! Yadınızdadırsa, Pavliki güllələyəndə avtomatdan yox, pulemyotdan atış açıqdılar, deməli, hakimiyyətin əvvəlcədən onu şikəst etmək planı varmış. Mən hakimiyyətin insanı məhv etmək kimi yanğılı arzusuna dəhşətə gəlirəm”,
Bunu sosial şəbəkədə məşhur ictimai xadim, hüquq müdafiəçisi və “Jurnalistlər insan hüquqları naminə” ictimai təşkilatının rəhbəri Hanna Aleksanyan yazıb.

Xatırladaq ki. iyulun 27-də “Sasna Tsrer” üsyançı qrupunun lideri Pavlik Manukyanı və onun oğlunu yaralılardan birini həkimlərə təhvil verərkən yaralamışdılar.

İyulun 31-də Manukyanın ağır vəziyyətinə və təyin edilmiş əməliyyatlara baxmayaraq, onu Erebuni tibb mərkəzindən xərəkdə məhkəmə zalına gətirmiş və həbs qərarı verildikdən sonra məhbuslar üçün xəstəxanaya aparmışdılar.(Virtualaz.org)
AzVision.az


Teqlər:





Xəbər lenti