Rusiya Suriyada İŞİD-i bombalayır

Rusiya Suriyada İŞİD-i bombalayır
  14 Avqust 2016    Oxunub:1824
Rusiyanın altı “Тu-22М3” bombardmançı təyyarəsi Suriyanın Deyr ez-Zor şəhəri yaxınlığında yerləşən rayonlarında İŞİD-ə məxsus obyektlərə zərbələr endirib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat nəticəsində çoxlu sayda İŞİD döyüşçüsü ilə yanaşı, terrorçuların iki idarəetmə məntəqəsi, altı iri silah-sursat anbarı, iki tankı, dörd hərbi piyada maşını, irikalibrli silahı olan yeddi yolsuzluq avtomobili məhv edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti