Erməni əsgərləri daşıyan avtomobil aşdı, yaralılar var

Erməni əsgərləri daşıyan avtomobil aşdı, yaralılar var
  15 Avqust 2016    Oxunub:4561
Ermənistanda hərbçiləri daşıyan yük avtomobili aşıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə İrəvanın Şimal avtovağzalı adlanan ərazinin yaxınlığında baş verib.



Qəza nəticəsində avtomobildə olan 16 əsgərdən 8-i yaralanıb. Yaralılar dərhal mərkəzi hospitala yerləşdiriliblər. Qəzaya səbəb hərbçiləri daşıyan avtomobillə “Niva” markalı maşının toqquşmasıdır. Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti