Sarkisyan sözündə durmadı: Yaralı hərbçilər xaricə göndərilməyəcək

Sarkisyan sözündə durmadı: Yaralı hərbçilər xaricə göndərilməyəcək
  15 Avqust 2016    Oxunub:4481
Ermənistan hökuməti aprel ayında baş verən döyüşlərdə ağır yaralanan erməni hərbçilərinin xaricdə müalicəsini davam etdirməsi üçün öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırıb.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, üzərindən 4 ay keçməsinə baxmayaraq rəsmi İrəvan aprel döyüşlərində ağır yaralanan 3 hərbçinin xaricdə müalicə almasına vəsait ayırmır.

Yaralıların yaxınları deyir ki, Müdafiə nazirliyinin müvafiq strukturları yaralılar barədə məlumat hazırlayaraq Səhiyyə nazirliyinə təqdim etməli idi. Lakin 2 aydır ki, sənədlərin toplanması geçikdirilir və bu gecikmənin səbəbi barədə heç bir məlumat verilmir.

Qeyd olunub ki, Avetis Zarqaryan, Roland Saakyan və Ovanes Poqosyan həkimlərin rəyi əsasında müalicələrini xaricdə davam etdirməlidir.

Bildirilib ki, hələ də Səhiyyə Nazirliyi səkkiz yaralı hərbçini müalicə edən “Erebuni” tibb mərkəzinə olan 3 milyon dramdan çox borcunu qaytarmayıb.

Qeyd edək ki, hazırda Almaniyada aprel ayında getmiş döyüşlərdə ağır yaralanmış erməni hərbçilər Arman Ləzgiyanın və Ruben Arakelyanın müalicəsi davam etdirilir. Onlar özəl yardım fondlarının hesabına müalicə alır.

AzVision.az


Teqlər:  





Xəbər lenti