PKK-dan növbəti hücum: 7 ölü, 25 yaralı

PKK-dan növbəti hücum: 7 ölü, 25 yaralı
  15 Avqust 2016    Oxunub:2151
Türkiyədə Diyarbəkir-Mardin yolu üzərində, Diyarbəkrin Çinar qəsəbəsinin girişində yerləşən Şəhid Murat Uçar adına Yol İdarəetmə Mərkəzi qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
AzVision.az -ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, onlardan 4-ü polis, 3-ü isə mülki vətəndaşdır. Ölən vətəndaşlardan biri uşaqdır.

25 yaralı isə xəstəxanaya yerləşdirilib.

**

Türkiyədə PKK terrorçuları Diyarbəkir şəhəri, Çınar rayonunda polis nəzarət-buraxılış məntəqəsinin qarşısında partlayış törədiblər.

AzVision.az "Haberturk"ə istinadən xəbər verir ki, partlayış nəticəsində 2-si polis olmaqla 3 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Partlayışdan sonra terrorçularla hərbçilər arasında silahlı atışma olub. Qeyd olunub ki, partlayış nəticəsində 5 metr dərinliyində, 10 metr genişliyində çuxur yaranıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti