Moskva su altında qalıb - 18 saatdır yağır

Moskva su altında qalıb - 18 saatdır yağır
  15 Avqust 2016    Oxunub:3222
Rusiyanın paytaxtı Moskvada hava şəraiti sakinləri yenidən təəccübləndirib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvaya 18 saatdan çoxdur yağan yağış paytaxt yollarında hərəkəti iflic vəziyyətə salıb. Yauza çayının daşması isə vəziyyəti daha da qəlizləşdirib.

Şəhərin bir neçə rayonlarında evlər su altında qalıb. Bununla bağlı daxil olan müraciətlərin sayı 255-ə çatıb. Xilasedicilər avtomobillərində və avtobuslarda çarəsiz qalan 80 nəfəri təxliyyə ediblər.

Sinoptiklərin məlumatına görə, yağmurlu hava şəraiti sabah da davam edəcək.

Qeyd edək ki, son bir gün ərzində paytaxta düşən yağıntının miqdarı 48 mm olub. Belə rekord həcmdə yağıntı 130 il bundan qabaq qeydə alınıb. O zaman Moskvaya düşən yağıntının miqdarı 25,2 mm olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti