`Türkiyənin dəstəyini yüksək qiymətləndiririk` - Uorlik

`Türkiyənin dəstəyini yüksək qiymətləndiririk` - Uorlik
  15 Avqust 2016    Oxunub:1636
“Həmsədrlər istənilən vaxt Ankaraya getməyə və rəsmi şəxslərlə görüşməyə hazırdırlar”.
AzVision.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

O bildirib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesinə dair məsləhətləşmələr aparmaq üçün Minsk qrupu ölkələrinin paytaxtlarında olublar: “Biz Türkiyə rəsmiləri ilə fikir mübadiləsi aparmaq, həmçinin substantiv danışıqlarda irəliləyiş əldə etmək və zorakılıq risklərini azaltmaq üçün tədbirlər həyata keçirmək səylərimizə onların da dəstəyini cəlb etmək imkanını yüksək dəyərləndiririk”.

“ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə daim təmasdadırlar və tez-tez görüşürlər”-deyən Ceyms Uorlik bildirib ki, görüşlə bağlı avqust ayı üçün xüsusi plan olmasa da, həmsədrlər hər iki xarici işlər naziri ilə mütəmadi əlaqəni və sıx əməkdaşlığı davam etməyə çalışırlar:

“Vyana və Sankt-Peterburq görüşlərində hər iki ölkə prezidenti danışıqlar yolu ilə həllə nail olmaq istiqamətində irəliləyiş üçün yenidən görüşməyə hazır olduqlarını bəyan etdilər. Biz onları yenidən bir araya gətirmək imkanlarını araşdırırıq. Mövcud təklifləri müzakirə etmək üçün prezidentlər və nazirlərlə mütəmadi əlaqədəyik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti