ABŞ-dan Qarabağ açıqlaması: `Putinin səylərini alqışlayırıq`

ABŞ-dan Qarabağ açıqlaması: `Putinin səylərini alqışlayırıq`
  16 Avqust 2016    Oxunub:3917
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinin zamin kimi çıxış etməyə hazır olmasını alqışlayırıq.

AzVision.az xəbər verir ki, bunu “Ria Novosti” saytına açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

“Biz Rusiya prezidenti Vladimir Putinin şəxsən Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq istiqamətində göstərdiyi səyləri alqışlayırıq”,- deyə həmsədr bildirib.

Uorlikin sözlərinə görə, beynəlxalq sülhməramlıların Dağlıq Qarabağda təhlüksəziliyin təmin edilməsi məqsədi ilə yerləşdirilməsi münaqişənin həlli hissəsi kimi qəbul edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti