Əliyevlə Sarkisyan görüşəcəkmi? - Açıqlama
AzVision.az xəbər verir ki, bunu “Ria Novosti” saytına açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
“Vyana və Sankt-Peterburq görüşlərində hər iki ölkənin prezidenti danışıqlar yolu ilə münaqişənin həllinə nail olmaq istiqamətində irəliləyiş üçün yenidən görüşməyə hazır olduqlarını bəyan etdilər. Biz yüksək səviyyədə növbəti görüşün təşkili üçün imkanların axtarılması istiqamətində işimizi davam etdiririk və görüşün təşkili üçün təklifləri müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri ilə təmasları davam etdiririk. Mövcud təklifləri müzakirə etmək üçün prezidentlər və nazirlərlə mütəmadi əlaqə saxlayırıq”,- deyə diplomat əlavə edib.
İlkin Nəcəfzadə
AzVision.az