Rusiya İŞİD-i İrandan bombaladı

Rusiya İŞİD-i İrandan bombaladı
  16 Avqust 2016    Oxunub:1730
İrandan qalxan Rusiya təyyarələri Suriyada İŞİD mövqelərinə zərbələr endirib.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə xəbəri Rusiya Müdafiə Nazirliyi yayıb.

Qeyd olunub ki, Rusiya hərbi təyyarələri İranın Həmədan aeroportundan havaya qalxmaqla Suriya ərazisində İŞİD mövqelərini bombardman edib. Nəticədə terorrçuların 5 böyük silah anbarı, Serakab, Əl-Bab, Hələb, Deyr-əz-Zor yaşayış məntəqələrində yerləşən təlim düşərgələri və 3 idarəetmə məntəqəsi məhv edilib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti