Putin Ərdoğanla barışığa görə Nazarbayevə təşəkkür etdi

Putin Ərdoğanla barışığa görə Nazarbayevə təşəkkür etdi
  16 Avqust 2016    Oxunub:2344
Rusiya səmimi şəkildə Türkiyə ilə münasibətlərin tam bərpasına cəhd göstərir.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə Astanada keçirdiyi görüşü zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfəri hər iki tərəfin əlaqələrin bərpası üzərində işləməyə hazır olduğunu göstərdi.

Putin Rusiya-Türkiyə münasibətlərinin bərpasında vasitəçilik etdiyinə görə Qazaxıstan prezidentinə minnətdarlığını bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti