Gülənə iki dəfə ömürlük və 1900 il həbs cəzası istənilir

Gülənə iki dəfə ömürlük və 1900 il həbs cəzası istənilir
  16 Avqust 2016    Oxunub:2818
Türkiyədə Fətullah Gülənin 2 dəfə ömürlük və 1900 il həbs cəzası verilməsi tələb olunub.
AzVision.az `Ensonhaber` saytına istinadən xəbər verir ki, bu barədə tələb Uşak rayon İkinci Ağır Cəza Məhkəməsi tərəfindən Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı hazırlanan 2 500 səhifəlik iddianamədə yer alıb.

Qeyd olunub ki, FETÖ ilə bağlı 1 il davam edən “paralel dövlət” işinin istintaqı çərçivəsində hazırlanaraq qəbul edilən iddianamədə Fətullah Gülən əsas şübhəli şəxs olaraq göstərilib.

Belə ki, Gülən hüquqi müstəvidən kənar olaraq ölkənin Konstitusiya quruluşunu dəyişmək və hökuməti devirməyə təşəbbüs göstərmək, silahlı terror təşkilatı yaratmaq, insanların dini inanc və hisslərindən sui-istifadə edərək dələduzluq etmək eyni zamanda terroru maliyyələşdirməkdə günahlandırılır.

Bundan əlavə Gülənə 210 milyon lira məbləğində cərimə tətbiq edilməsi də istənilib.

1 il davam edən “paralel dövlət” işinin istintaqı çərçivəsində 83 nəfər saxlanılıb, FETÖ-nun `İmam`ları adlanan 13 nəfər həbs edilib. Bundan əlavə 20 nəfərin saxlanılması haqqında qərar çıxarılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti