FİFA-nın keçmiş prezidenti 101 yaşında öldü

FİFA-nın keçmiş prezidenti 101 yaşında öldü
  16 Avqust 2016    Oxunub:1415
Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Joao Avelanj Rio-de-Janeyroda 101 yaşında dünyasını dəyişib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, onun ölümünün səbəbi məlum deyil. Lakin o, 2015-ci ilin noyabr aylarında nəfəs borularında problem yarandığı üçün bir neçə gün həkim nəzarətində qalan Avelanj ötən ay bu dəfə sətəlcəm xəstəliyi səbəbindən Rio-de-Janeyrodakı eyni xəstəxanaya aparılıb.

Qeyd edək ki, quruma 1974-cü ildən 1998-ci ilədək rəhbərlik edən 7-ci FİFA prezidenti dünya çempionatının final mərhələsi iştirakçılarının sayının 32-yə çatdırılmasına nail olub.

O, korrupsiya qalmaqalına görə, 2013-cü ildə FİFA-nın fəxri-prezidentliyindən ayrılmışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti