İran Rusiyanın İŞİD-lə bağlı xəbərini yalanladı
Bu barədə AzVision.az İran KİV-lərinə istinadən xəbər verir.
Ə.Laricani vurğulayıb ki, İran Rusiya və ya hər hansı bir başqa ölkəyə istifadəsi üçün hərbi baza verməyib: “Bu, İran konstitusiyasının 146-cı maddəsi ilə qadağandır. İran ərazisində hər hansı bir xarici dövlətin hərbi bazasının yerləşməsi mümkün deyil. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir. Müttəfiqimiz Rusiya ilə Suriya kimi önəmli bölgə məsələsində işbirliyində olsaq da, ona istifadəsi üçün hər hansı hərbi baza verməmişik”.
Qeyd edək ki, ötən gün Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda Rusiya hərbi təyyarələrinin İranın Həmədan aeroportundan havaya qalxmaqla Suriya ərazisində İŞİD mövqelərini bombardman etdiyi bildirilirdi.
Kənan Məmmədov
AzVision.az