Azərbaycanlı qadın Türkiyədə öldürüldü

Azərbaycanlı qadın Türkiyədə öldürüldü
  17 Avqust 2016    Oxunub:2182
Türkiyənin Trabzon şəhərində yaşayan 33 yaşlı azərbaycanlı qadın Gülxanım Əkbər dünən axşam saatlarında qardaşı Əli Əkbər tərəfindən bıçaqlanıb.
AzVision.az-ın “Haberturk”ə istinadən verdiyi məlumata görə, hadisə Trabzon şəhərinin Ortahisar bölgəsində baş verib.

Belə ki, 30 yaşlı Əli Əkbər bacısı Gülxanımla pul üstündə mübahisə edib. Bacısından pul istəyən və ala bilməyən Ə. Əkbər onu bıçaqlayıb. G.Əkbər aldığı xəsarət nəticəsində qanaxmadan dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb. Ə. Əkbərin saxlanılması istiqamətində tədbirlər görülür.

AzVision.az


Teqlər:  





Xəbər lenti