Avropa Olimpiya Komitəsinin rəhbəri həbs edildi
Bundan əvvəl Rio-de-Janeyro polisi İrlandiya əsilli Kevin Ceyms Mellonu və onun tərcüməçisi Barbara Karniyeri saxlayıb.
K.C.Mellonda Braziliyada keçirilən Olimpiadanın ən populyar yarışlarına 800 bilet aşkar edilib.
Şahidlərin ifadələrinə əsasən, bəziləri olimpiadanın açılış mərasimində iştirak etmək üçün K.C.Mellon və onunla əlbir olan insanlardan 25 min reala (8 min dollar) biletlər əldə ediblər. Halbuki biletlərin həqiqi qiymətləri 1400 real (450 dollar) təşkil edib.
Polisin bildirdiyinə görə, Hikki qaçmağa cəhd edib.
Qeyd edək ki, P.Hikki AOK-un rəhbəri olması ilə yanaşı, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə komitəsinin üzvü və İrlandiya Olimpiya Komitəsinin prezidentidir.
AzVision.az