Sankt-Peterburqda antiterror əməliyyatı: 4 ölü (Yenilənib)

Sankt-Peterburqda antiterror əməliyyatı: 4 ölü (Yenilənib)
  17 Avqust 2016    Oxunub:2724
Rusiyanın Sankt-Peterburq şəhərində antiterror əməliyyatları həyata keçirilib.
AzVision.az “Ria Novosti” agentliyinə istinadla bildirir ki, əməliyyat zamanı ölkənin Şimali Qafqaz bölgəsindən olan dörd silahlı öldürülüb.

Əməliyyat zamanı daha 3 silahlı tutulub, dinc əhali və polis əməkdaşları arasında xəsarət alan olmayıb.

**

Rusiya xüsusi təyinatlıları (SOBR) Sankt-Peterburq şəhərində Şimali Qafqazdan olan silahlı şəxslərin zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat keçirib.

AzVision.az- ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Krasnoselsk rayonunun Lenin prospekti 92/3 ünvanında gizlənən, Şimali Qafqaz regionunda qeyri-qanuni silahlı birləşmələrin tərkibində iştirakda təqsirli bilinən və axtarışda olan şəxslər zərərsizləşdirilib.

Əməliyyat zamanı iki yaraqlı öldürülüb, daha ikisi həbs edilib.

Hüquq-mühafizə orqanın əməkdaşları və yerli sakinlər arasında xəsarət alan olmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti