Rövşən Lənkəranski güllələndi - Foto+Video (Yenilənib)

Rövşən Lənkəranski güllələndi - Foto+Video (Yenilənib)
  18 Avqust 2016    Oxunub:66912
Türkiyədə silahlı hücuma məruz qalan şəxsin avtoritet Rövşən Canıyev (Lənkəranski) olduğu bildirilir.
AzVision.az “Report”a istinadən xəbər verir ki, hazırda Lənkəranskinin vəziyyəti ağırdır. O, bir neçə güllə yarası alıb. Hazırda xəstəxanadadır.

Yaxınları onun yanına yollanıb. R.Lənkəranski və adı hələlik məlum olmayan sürücü yaralanıb.



***

Azərbaycanlı iş adamı Türkiyədə silahlı hücuma məruz qalıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Yıldız prospektində yerləşən otelin qarşısında baş verib.

Azərbaycanlı iş adamı Rövşən Əliyevin içində olduğunu 90-ND-011 dövlət nömrə nişanlı avtomobil naməlum şəxslər tərəfindən güllələnib.

Nəticədə iş adamı ağır yaralanıb, sürücü isə hadisə yerində ölüb. Silahlı şəxslər hadisə yerindən qaçıblar.

Hadisə yerindən avtomat və iki tapança tapılıb. Polis silahlıların tutulması istiqamətində əməliyyata başlayıb.







İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti