Türkiyədə günün 3-cü terroru: 3 şəhid

Türkiyədə günün 3-cü terroru: 3 şəhid
  18 Avqust 2016    Oxunub:2134
Türkiyə ordusu yenidən şəhid verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bitlis əyalətinin Hizan qəsəbəsində terrorçular tərəfindən yola döşənmiş mina hərbi avtomobilin keçidi zamanı partladılıb.

Hadisə nəticəsində 3 əsgər şəhid olub, 6-sı yaralanıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri terrorçu PKK silahlılarının tutulması və zərərsizləşdirilməsi istiqamətində əməliyyat başlayıb.

Qeyd edək ki, bu gün ərzində Türkiyədə törədilən 3-cü terror hadisəsidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti