Patrik Hikkinin həbs edilmə anı - VİDEO

Patrik Hikkinin həbs edilmə anı - VİDEO
  18 Avqust 2016    Oxunub:7336
Xəbər verdiyimiz kimi, ötən gün Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Rio-de-Janeyroda həbs edilib.

O, qanunsuz biletlərin satışında ittiham edilir. Məlumata görə, Hikki həbsdən öncə qaçmağa cəhd edib.

AzVision.az P.Hickkinin saxlanma anını əks etdirən kadrları təqdim edir.



Qeyd edək ki, Patrik Hikki Avropa Olimpiya Komitəsinin (AOK) və İrlandiya Milli Olimpiya Komitəsinin prezidenti səlahiyyətlərini müvəqqəti olaraq dondurub.

Məlumat üçün bildirək ki, bundan əvvəl Rio-de-Janeyro polisi İrlandiya əsilli Kevin Ceyms Mellonu və onun tərcüməçisi Barbara Karniyeri saxlayıb. K.C.Mellonda Braziliyada keçirilən Olimpiadanın ən populyar yarışlarına 800 bilet aşkar edilib.

Şahidlərin ifadələrinə əsasən, bəziləri olimpiadanın açılış mərasimində iştirak etmək üçün K.C.Mellon və onunla əlbir olan insanlardan 25 min reala (8 min dollar) biletlər əldə ediblər. Halbuki biletlərin həqiqi qiymətləri 1400 real (450 dollar) təşkil edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti