Avtoritetlər təcili `sxodka`ya yığışırlar - Lənkəranskiyə görə

Avtoritetlər təcili `sxodka`ya yığışırlar - Lənkəranskiyə görə
  18 Avqust 2016    Oxunub:15304
Azərbaycanlı kriminal avtoritet, Rövşən Lənkəranski kimi tanınan Rövşən Canıyevin İstanbulda sui-qəsdə məruz qalması və 5 güllə yarası alaraq xəstəxanada vəfat etməsi MDB məkanındakı "oğru"lar, "lotu"lar və "avtoritet"lər arasında yeni qüvvələr nisbətlərinin müəyyənləşməsi, habelə toqquşmalar və qarşıdurmalarla nəticələrə bilər.
İddialara görə, Rusiyanın Kuban vilayətindəki Adler şəhərindəki "oğru iclası"nda baş vermiş hadisə ilə bağlı MDB-nin ən nüfuzlu "lotu"larının "sxodka"sının keçirilməsinə qərar verilib.

"Sxodka"da "Robinzon" ləqəbli Robinzon Arabuli, Georgi Uqlava ("Taxi"), David Sebiskaveradze ("Dato"), Vaja Biqanişvili ("Vaja"), Amiran Sopromadze ("Sopotiya"), Oleq Şişkanov ("Şişkan"), Boris Apakiya ("Apakela"), Hüseyn Əhmədov ("Kor Hüseyn"), Ruben Tatulyan ("Robson"), Cemal Mikeladze ("Camo") və başqalarının, habelə hazırda həbsxanada olan Zaxari Kalaşov ("Şakro Molodoy"), Merab Canqveladze ("Merab Suxumski") və Tariel Onianinin ("Taro") nümayəndələrinin iştirakı gözlənilir.

"Artyom Kanevski" kimi tanınan erməni Artyom Harutyunyanı toplantıya çağırmayıblar. (Milli.az)

AzVision.az


Teqlər:  





Xəbər lenti