Türkiyədə daha 56 nəfər tutuldu - FETÖ əməliyyatı
Məlumata görə, həmin şəxslər FETÖ-nu maliyyələşdirməkdə şübhəli bilinirlər. Tutulanlar arasında Adana Təhlükəsizlik İdarəsi rəisinin keçmiş müavini İsmail Bilgin, polis əməkdaşları, həkimlər və müəllimlər də var.
FETÖ-nun dövlət çevrilişi cəhdi ilə bağlı başlanılan cinayət işi üzrə bir müddət əvvəl TRT kanalının 43 əməkdaşı saxlanılmışdı. Saxlanılan şübhəlilərdən 19 əməkdaş barəsində həbs qətimkan tədbiri seçilib, 20-nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Televiziyanın 4 əməkdaşı isə prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıb.
Ölkənin Mardin bölgəsində FETÖ-yə bağlı "əyalət və rayonun abi və ablaları"ından ibarət 22 nəfərlik dəstə saxlanıldığı haqda məlumat yayılıb. Onlardan 19-u barəsində həbs qətiimkan tədbiri seçildiyi bildirilib. Məlumata əsasən, onların 9-u müəllim, 3 tibb bacısı, biri isə yüksək vəzifəli zabitdir.
AzVision.az
Teqlər: