Universitetdə əməliyyat - 62 müəllim tutuldu

Universitetdə əməliyyat - 62 müəllim tutuldu
  19 Avqust 2016    Oxunub:3558
Türkiyədə hüquq-mühafizə orqanlarının əməkdaşları İstanbul Universitetində Fətullah Gülən (FETÖ) tərəfdarlarına qarşı xüsusi əməliyyat keçirib.
AzVision.az “Sabah” qəzetinə istinadən məlumat verir ki, əməliyyat zamanı universitetin 62 müəllimi saxlanılıb.

Saxlanılanlar arasında professorlar da var. Məlumata görə, tutulan müəllimlər FETÖ ilə əlaqədə şübhəli bilinirlər.

Hazırda polis tərəfindən professorların iş otaqlarında axtarış aparılır.

Qeyd edək ki, iyulun 20-də İstanbul Universitetinin 95 müəllimi tutduğu vəzifədən azad edilib, 31 müəllim isə saxlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti