Azərbaycanlılar Rusiyada aclıq aksiyası keçirib

Azərbaycanlılar Rusiyada aclıq aksiyası keçirib
  19 Avqust 2016    Oxunub:3006
Rusiyanın Artyom şəhərində müvəqqəti saxlanma mərkəzində saxlanılan xarici vətəndaşlar deportasiya olunmalarının gecikdirildiyinə görə aclıq aksiyası keçiriblər.
AzVision.az xəbər verir ki bunu “İnterfax”-a açıqlamasında İctimai Nəzarət Komissiyasının sədr müavini Aleksandr Smışlyayev deyib. Onun sözlərinə görə, 20 nəfərin iştirak etdiyi aksiya Komissiya əməkdaşlarının ora baş çəkməsindən sonra dayandırılıb: “Burada mart ayından deportasiya olunmalarını gözləyən insanlar var. Son 3 ayda mərkəzdə olanlardan heç kim öz ölkəsinə göndərilməyib”.

Eyni zamanda müvəqqəti saxlanma mərkəzində saxlanılanlar mövcud şəraitdən narazılıqlarını bildiriblər: “Mərkəzdə matraslar, dərmanlar çatışmır. İşçilərin sayının az olmasına görə gündəlik gəzintiyə çıxa bilmirlər”,-deyə Aleksandr Smışlyayev bildirib.

O, qeyd edib ki, mərkəz 65 nəfərlik olsa da, orada 107 nəfər saxlanılır: “Onların dördü qadındır. Saxlanılan xarici ölkə vətəndaşlarının əksəriyyəti özbəkistanlıdır. Orada həmçinin Ukrayna, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Azərbaycan və Koreya vətəndaşları var”.

AzVision.az


Teqlər:  





Xəbər lenti