Lənkəranskinin qətlinə görə 3 azərbaycanlı tutuldu

Lənkəranskinin qətlinə görə 3 azərbaycanlı tutuldu
  19 Avqust 2016    Oxunub:39085
Azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qətli ilə bağlı Türkiyədə 4 nəfər həbs edilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Lənkəranskiyə silahlı hücumun baş verdiyi ərazidə yerləşən müşahidə kameralarına baxış keçirilib.

Görüntülər araşdırıldıqdan sonra şübhəli şəxslərin axtarışına başlanılıb.

Son məlumatlara görə, qətllə əlaqəsi olduğu ehtimal olunan 3 azərbaycanlı, bir Türkiyə vətəndaşı tutulub.

Saxlanılan şəxslər barədə hüquq-mühafizə orqanlarından əlavə məlumat verilməyib.

Qeyd olunub ki, cinayətlə bağlı saxlanılan şəxslərin artacağı ehtimal edilir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti