Saakaşvilinin xanımı deputat olmaq istəyir

Saakaşvilinin xanımı deputat olmaq istəyir
  19 Avqust 2016    Oxunub:2173
Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvilinin həyat yoldaşı deputat olmaq istəyir.
AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, sabiq prezidentin həyat yoldaşı Sandra Rulovs qarşıdakı parlament seçkilərində "Vahid Milli Hərəkat" Partiyasından namizədliyini irəli sürəcək.

Avqustunn 19-da Zuqdudi rayonunun Kortsxeli kəndində çıxış edən S.Rulovs mübarizə aparmağa hazır olduğunu və seçicilərin dəstəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti