Ermənilər Sarkisyanın istefasını tələb edirlər
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçı kütlə İrəvanın `Azadlıq` meydanına toplaşıb, prezident Serj Sarkisyanın istefası tələbi ilə çıxış ediblər.
"İrs" partiyasının sədr müavini Armen Martirosyan Sarkisyan istefaya getməyənədək etirazların davam edəcəyini, mövqelərindən dönməyəcəklərini bəyan edib.
Aksiyada çıxış edənlər hakimiyyət və ölkə rəhbərliyi əleyhinə sərt fikirlər səsləndiriblər.
AzVision.az