Türkiyə İsraillə barışdı: 20 milyon təzminat veriləcək

Türkiyə İsraillə barışdı: 20 milyon təzminat veriləcək
  20 Avqust 2016    Oxunub:2195
Türkiyə parlamenti İsraillə münasibətlərin normallaşmasına dair qanun layihəsini ratifikasiya edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qanun layihəsinə əsasən, İsrail "Mavi Mərmərə" hadisəsində yaxınlarını itirən ailələrə 25 gün ərzində 20 milyon dollar məbləğində təzminat ödəyəcək.

Anlaşmada İsrail hərbçiləri hüquq və cəza məsuliyyətindən azad ediləcək. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti