Tanınmış futbolçu Gülənlə əlaqəsindən danışdı

Tanınmış futbolçu Gülənlə əlaqəsindən danışdı
  20 Avqust 2016    Oxunub:2834
Türkiyə millisinin və “Qalatasaray” klubunun sabiq üzvü Arif Ərdəm Fətullahçı Gülən Təşkilatı (FETÖ) ilə əlaqəli olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Ərdəm yayılan iddiaları rədd edərək, hədəfinin hər zaman milli forma və bayrağı ən yaxşı şəkildə təmsil etmək olduğunu vurğulayıb.

O, sosial şəbəkədəki hesabından Türkiyədə baş verən 15 iyul hərbi çevrilişinə cəhdi, terror hadisələrini törədənləri lənətlədiyini və şiddətlə qınadığını bildirib: “Həyatım boyu vətəni, milləti, bayrağı üçün çalışan, inandığım dini dəyərlər üzrə yaşamağa çalışan, ailəsinə, adət və ənənələrinə bağlı insan olmuşam. Həm Türkiyə millisinin, həm də “Qalatasaray” klubunun formalarını geyinən zaman tək hədəfim vətənimi, bayrağını ən yaxşı şəkildə təmsil etmək olub. Son zamanlar ölkəmdə yaşanan xain terror aktlarını və hərbi çevrilişə cəhdi lənətləyir, qınayıram”.

O, qeyd edib ki, türk millətinin təmiz duyğularını öz mənafelərinə alət edənlərin böyük türk ədaləti qarşısında cavab verməsi ən böyük istəyimdir: “Heç bir terror təşkilatı ilə vətənimə və millətimə zərrə qədər zərər verə biləcək bir hadisənin törədilməsində iştirak etməmişəm. Çünki, bu mümkün deyil. Millətin iradəsi ilə seçilən prezidentimizə və birbaşa millətə edilən xain hərbi çevriliş cəhdini qınadığımı bir daha vurğulamaq istəyirəm və şəhidlərimizə allahdan rəhmət diləyirəm”.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti