FETÖ-nün 62 min mülkü müsadirə edildi

FETÖ-nün 62 min mülkü müsadirə edildi
  20 Avqust 2016    Oxunub:2332
Türkiyədə FETÖ təşkilatının maliyyə qaynaqlarının zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, FETÖ-ya məxsus olduğu bildirilən 62 min 317 mülk müsadirə edilib. Onlardan 4 min 548- i dövlət hesabına keçirilib.

Təşkilat bu mülkləri başqalarına satmağa çalışıb. Lakin onların istəyi baş tutmayıb. Belə ki, Ətraf və Şəhərsalma Nazirliyi bir gecədə bütün malların satışına qadağa qoyub.

AzVision.az


Teqlər:  





Xəbər lenti