Türkiyə Suriya siyasətini dəyişir: `Əsəd hakimiyyətdə qala bilər`

Türkiyə Suriya siyasətini dəyişir: `Əsəd hakimiyyətdə qala bilər`
  20 Avqust 2016    Oxunub:8036
Suriya prezidenti Bəşər Əsəd keçid dövründə hakimiyyətdə qala bilər.

AzVision.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Binəli Yıldırım xarici jurnalistlərlə görüşündə bildirib. Onun sözlərinə görə, Əsədin iqtidarda qalması müvəqqəti xarakter daşıyır:

“Bəşər Əsəd keçid dövründə vasitəçi olaraq qəbul edilə bilər, ancaq ondan sonra bu, mümkün olmayacaq. Biz Suriyanın parçalanmasına imkan verməyəcəyik”- deyə o, əlavə edib.

Qeyd edək ki, bu günə qədər Türkiyə birmənalı olaraq B.Əsədin hakimiyyətdən getməsinin tərəfdarı olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti