İŞİD-in 19 komandiri məhv edilib

İŞİD-in 19 komandiri məhv edilib
  21 Avqust 2016    Oxunub:1247
İraqın hərbi-hava qüvvələri İraq-Şam İslam Dövləti (İŞİD) beynəlxalq terror təşkilatının 19 komandirini məhv edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hava zərbələri İŞİD-in İraqdakı “paytaxtı” hesab edilən Mosul şəhərindəki yaraqlıların qərargahlarından birinə endirilib.

“Qırıcılar İŞİD-in Əl-Misak məhəlləsindəki mənzil-qərargahını bombalayıblar. Həmin vaxt orada qruplaşmanın yüksək vəzifəli komandirləri olub. Onların hamısı ölüb”, - İraq ordusunun hərbi komandanlığından bəyan edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti