PKK-dan növbəti hücum - 1 şəhid, 3 yaralı

PKK-dan növbəti hücum - 1 şəhid, 3 yaralı
  22 Avqust 2016    Oxunub:1679
Türkiyənin Tunceli əyalətinin Nazmiye rayonunda PKK terrorçuları polis idarəsinə basqın edib.
AzVision.az `Sabah` qəzetinə istinadən xəbər verir ki, hücum nəticəsində bir polis əməkdaşı həlak olub, 3 polis isə yaralanıb.

Yaralı polislərdən birinin vəziyyəti ağırdır. Bundan başqa terrorçular polis idarəsi yaxınlığındakı rayon xəstəxanasına basqın edərək 2 təcili tibbi yardım maşınını yandırıb.

Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən bir qadın terrorçu zərərsizləşdirilib. Digərlərinin axtarışlarına başlanılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti