Gürcüstanda qaz xəttini partlatmaq istədilər

Gürcüstanda qaz xəttini partlatmaq istədilər
  22 Avqust 2016    Oxunub:2326
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti ölkə ərazisində qaz xəttində partlayış törətmək cəhdinin qarşısını alıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, qaz xətti ilə Rusiyadan Ermənistana təbii qaz təchiz olunur.

Aparılan əməliyyat axtarışları nəticəsində partlayışı törətmək cəhdində şübhəli bilinən 7 nəfər saxlanılıb. Onların arasında Poti şəhərinin polis əməkdaşı da var.

Saxlanılan şəxslər qaz kəmərinin Saquramo kəndindən keçən hissəsində terror aktı planlaşdırıblarmış.

AzVision.az


Teqlər:  





Xəbər lenti