İstirahət mərkəzində yanğın olub

İstirahət mərkəzində yanğın olub
  04 Sentyabr 2016    Oxunub:1346
Abşeron rayonu, Novxanı kəndində vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 60 m2 olan 2 otaqdan ibarət kafenin yanar konstruksiyaları yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kafenin içərisindəki əşyalar yanğından mühafizə olunub.

Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti