216 minlik kredit dələduzluğu

216 minlik kredit dələduzluğu
  25 Fevral 2013    Oxunub:1927
Saxta rəylər əsasında bankdan külli miqdarda kredit götürülərək mənimsənilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsindən AzVision.az-a verilən məlumata görə, İdarəyə “Azərbaycan Sənaye Bankı” ASC-nin Gəncə filialında fəaliyyət göstərən qiymətləndirici-zərgərin qanun pozuntularına yol verməsi barədə daxil olan müraciət araşdırılıb.
Araşdırma zamanı müəyyən edilib ki, cəmiyyətlə bağladığı “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən banka girov qoyulan zərgərlik məmulatlarının və qiymətli metalların qiymətləndirilməsini həyata keçirməyə, metalın əyarını, çəkisini, xassəsini doğru və dəqiq təyin etməyə cavabdeh şəxs olan Əliyev İlqar Məzahir oğlu cəmiyyətin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olub kredit götürmək üçün bankın Gəncə filialına müraciət etmiş 54 müştəri tərəfindən girov qoyulmasından ötrü təqdim edilmiş dəmir parçalarının qızıl-zinət əşyası və ya yüksək dəyərə malik olması barədə saxta rəylər verərək 216.0 min manat məbləğində kreditin götürülməsinə nail olmaqla dələduzluq edib.
Faktla bağlı Cinayər Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
İ.Əliyev cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.


Teqlər:





Xəbər lenti