Maşın Kürə düşdü, qadın öldü

  25 Fevral 2013    Oxunub : 399
Maşın Kürə düşdü, qadın öldü
Avtomobildə 4 nəfər olub, onlardan biri - qadın dünyasını dəyişib.
Mingəçevir şəhərində avtomobil Kür çayına düşüb. Hadisə bu gün saat 14:30 radələrində Mingəçevir şəhəri ilə “Energetiklər” qəsəbəsini birləşdirən Kür çayı üzərindəki körpüdə qeydə alınıb. “VAZ 2107” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən körpünün kənarındakı metal məhəccəri sındıraraq 10 metr hündürlükdən çaya düşüb.

Avtomobildə 4 nəfər olub, onlardan biri - qadın dünyasını dəyişib. APA-nın xəbərinə görə, digər 3 nəfərin isə xilas olunduğu bildirilir. Hələlik onların adları məlum deyil. Avtomobilin sudan çıxarılması üçün tədbirlər görülür. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları ərazidə iş aparır. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma başlanıb.

Teqlər: