SOCAR 100 milyon kredit alır

SOCAR 100 milyon kredit alır
  15 Sentyabr 2016    Oxunub:1677
SOCAR respublikanın qazlaşdırılması işlərinin davam etdirilməsi üçün əlavə 100 milyon manat məbləğində kredit cəlb edəcək.
Bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib. O qeyd edib ki, həmin kredit Azərbaycan Beynəlxalq Bankı tərəfindən 10 il müddətinə veriləcək.

Azərbaycan Metanol Şirkətinin (“AzMeCo”) metanol zavodu bu ilin sonunadək SOCAR-ın mülkiyyətinə keçə bilər deyən Süleyman Qasımov bildirib ki, SOCAR hazırda məhkəmənin müvafiq qərarını gözləyir. Qərara əsasən zavod borclarına görə “Aqrarkredit” bank olmayan kredit təşkilatının sərəncamına keçəcək. Bundan sonra zavod hərrac yolu ilə SOCAR-a satılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti