Sumqayıtda məktəbli qızı maşın vurub

Sumqayıtda məktəbli qızı maşın vurub
  15 Yanvar 2018    Oxunub:2421
Sumqayıt şəhərində məktəbli qızı maşın vurub.
Hadisə şəhərin 9-cu mikrorayonu ərazisində baş verib. Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Əhmədzadə Aynur İntiqam qızı hazırlıqdan evə qayıdarkən naməlum avtomobil tərəfindən vurulub. Sumqayıt şəhər 18 nömrəli məktəbin 11-ci sinif sagirdi olan qız qəza zamanı ağır kəllə-beyin travması alıb.

Yaralı qız Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının zədə məntəqəsinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır. (Report)

AzVision.az


Teqlər: Sumqayıt   Piyada   Məktəbli  



Xəbər lenti