Ötən gün 79 cinayət faktı qeydə alınıb

Ötən gün 79 cinayət faktı qeydə alınıb
  15 Yanvar 2018    Oxunub:1171
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 79 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə 7 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Həbs   Cinayət  





Xəbər lenti