“Elektron hökumət”ə müraciətin sayı 40 milyonu keçib

“Elektron hökumət”ə müraciətin sayı 40 milyonu keçib
  24 Yanvar 2018    Oxunub:1587
2017-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) operatoru olduğu “Elektron hökumət” portalı üzərindən elektron xidmətlərə müraciət edənlərin sayı 40 milyonu keçib.
AzVision.az xəbər verir ki, bu müddət ərzində "Elektron hökumət" portalı üzərindən xidmətlərinə ən çox müraciət olunan 10 qurum aşağıdakılardır:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9.341.135

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 8.327.251
Dövlət İmtahan Mərkəzi 3.173.948
Dövlət Gömrük Komitəsi 961.392
"Azərsu" ASC 347.243
Əmlak Məsələləri Dövlət Komitəsi 103.965
Daxili İşlər Nazirliyi 96.568
Ədliyyə Nazirliyi 58.253
Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi 54.417
Dövlət Miqrasiya Xidməti 52.053
Statistikaya əsasən, 2017-ci ildə portalın təqdim etdiyi xidmətlərə müraciət sayı 40 milyon 625 min 499 təşkil edib.

Həmçinin, ötən il portalda qeydiyyatdan keçmiş istifadəçilərin sayı 200 minə yaxın olub, ümumilikdə isə portalda qeydiyyatdan keçmiş istifadəçilərin sayı 700 minə yaxındır.

Vətəndaşların marağına səbəb olan Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil sistemi”, “Elektron ipoteka sistemi” kimi bır sıra sosial xidmətlər də elektronlaşdırılaraq portala inteqrasiya olunub. Eyni zamanda, portal dövlət qurumları arasında məlumat mübadiləsini də həyata keçirir. Məlumat üçün qeyd edək ki, MİDA-nın “Güzəştli mənzil sistemi” üçün, 5 dövlət qurumu ilə 7 məlumat mübadiləsi, “Elektron ipoteka sistemi” üçün isə 5 dövlət qurumu ilə 16 məlumat mübadiləsi aparılır.

2017-ci il ərzində “Elektron hökumət” portalına 41 yeni elektron xidmət inteqrasiya edilib. Bununla da hazırda portalda olan e-xidmətlərin sayı ümumilikdə 442-ə çatdırılıb.

AzVision.az


Teqlər: Elektron-Hökumət  





Xəbər lenti