Cəriməsi olanların maşını texniki baxışdan keçirilməyəcək

Cəriməsi olanların maşını texniki baxışdan keçirilməyəcək
  02 Fevral 2018    Oxunub:3210
Bu gündən etibarən qüvvəyə minən "Yol hərəkəti haqqında" qanuna dəyişiklikdə əhəmiyyətli məqam yer alıb.
AzVision.az xəbər verir ki, bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkədəki hesabında yazıb.

"Bu gündən etibarən sürücülük vəsiqəsi alarkən, vəsiqəni dəyişərkən, avtomobilinizi qeydiyyata və təkrar qeydiyyata aldırarkən, texniki baxışdan keçirdərkən qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimələriniz olsa və bu cərimələri ödəməsəniz, sizə imtina ediləcək. Ona görə də bu işlər üçün gedəndə qüvvəyə minmiş cərimələrinizi ödəyin" - deyə ekspert sürücülərə müraciət edib.

AzVision.az


Teqlər: Cərimə   Qanun   Avtomobil  





Xəbər lenti