Seçici fəallığının ən yüksək və ən aşağı olduğu dairələr
Azvision.az xəbər verir ki, saat 10:00-a olan məlumata əsasən, ölkə üzrə seçici fəallığının ən yüksək olduğu dairə 51 saylı Qusar Seçki Dairəsidir. Bu seçki dairəsidə 45 740 seçicidən 6372-i (13.93%) səsvermədə iştirak edib.
Bundan əlavə, saat 10:00-olan məlumata görə, Azərbaycanda 4 milyon 972 min 356 seçicidən 427 361 nəfəri (8.51%) səsvermədə iştirak edib.
Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.
Elvin Abdulqədirov
Azvision.az