Neft hasilatı vaxtından əvvəl azaldıla bilər

   Neft hasilatı vaxtından əvvəl azaldıla bilər
  21 Aprel 2020    Oxunub:3192
Səudiyyə Ərəbistanı və digər OPEC ölkələri neft hasilatının azaldılmasına maydan əvvəl başlaya bilərlər.
Azvision.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Nəşrin məlumatına görə, belə bir qərar WTI markalı neftin ABŞ-ın tarixində ilk dəfə olaraq dünən mənfi göstəriciyə düşməsi ilə bağlıdır.

"Belə bir vəziyyətdə nəsə etmək lazımdır. Amma ola bilsin ki, artıq gecdir", - deyə Səudiyyə Ərəbistanı rəsmisi bildirib.

Xatırladaq ki, OPEC+ ölkələri 12 aprel iclasında may-iyun aylarında neft hasilatını azaltmaq barədə razılığa gəliblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Neft   OPEC  





Xəbər lenti