Türkiyəli gəncə Azərbaycan bayrağı hədiyyə edilib - FOTO
Görüşdə Azərbaycan və Türkiyə dövlətləri arasında münasibətlərin tarixindən, mədəniyyətindən, qarşılıqlı əlaqələrin inkişafından, ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi “Bir millət, iki dövlət” formatında əməkdaşlığımızdan bəhs edilib. Görüşün sonunda Aliyə Azərbaycan Respublikasının Dövlət Bayrağı, ailə üzvlərinin hər birinə isə ölkəmizə məxsus müxtəlif hədiyyələr təqdim olunub.
Qonaqlar müraciətə qısa zamanda baxıldığına, Azərbaycanın Ankaradakı səfirliyinə dəvət olunduqlarına və burada şahidi olduqları səmimiyyətə, mehribanlığa görə dərin təşəkkürlərini bildiriblər.
Ali Mert Tunç və ailə üzvləri COVİD-19 virusu bitdikdən sonra, Azərbaycana gəlmək arzusunda olduqlarını bildiriblər.
Azvision.az