Naziya Şəmsəddinskaya vəfat edib
N.Şəmsəddinskaya on illərlə Azərbaycan və rus dillərində mühazirələr söyləyib, Ş.M.Ələsgərova adına 5 saylı kliniki doğum evinin, 1 və 5 saylı qadın məsləhətxanasının konsultantı olub, xəstələrə yüksək ixtisaslı cərrahi və təcili yardım xidmətini göstərib. O, Səhiyyə Nazirliyinin Attestasiya komissiyasının üzvü olmaqla yanaşı, Respublika mama-ginekoloqların elmi cəmiyyətinin idarə heyətinin sədr müavini olub.
Tibb elmləri doktoru, professor N.Şəmsəddinskayanın Azərbaycanda tibb elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, bir çox mükafatlara layiq görülüb, müstəqil Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilib.
Azvision.az
Teqlər: Naziya-Şəmsəddinskaya Vəfat







Vaxtında, Aydın, Lazımlı!


