Cəbhəboyu ərazilərdə raket, top mərmiləri və dronlar zərərsizləşdirildi
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 31 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd raket, 8 ədəd top mərmisi və 2 ədəd dron zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 14 min 496 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Azvision.az
Teqlər: ANAMA







Vaxtında, Aydın, Lazımlı!


