Oğurluq edən keçmiş məhkum tutuldu

Oğurluq edən keçmiş məhkum tutuldu
  05 Dekabr 2020    Oxunub:2105
Bakıda oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən akkumulyator və Ş.Məlikovaya məxsus velosipedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Şirinov saxlanılıb.

Azvision.az


Teqlər: Bakı   Oğurluq   DİN  





Xəbər lenti